Suriya ABŞ-ın Qolan təpələrini İsrail ərazisi kimi tanımasından sonra BMT-nin Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb edib.
Bundan öncə BMT-nin baş katimi Antonio Quterres "Qolan təpələrinin statusunu dəyişməz hesab etdiyini" - bildirmişdi.
Quterresin bəyanatı martın 25-də ABŞ-ın Qolan təpələrini İsrail suverenliyinin bir parçası olaraq tanımasından sonra səslənmişdi.
Vaşinqtonun qərarından sonra Suriya, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn, Qətər, Kuveyt, Fransa, Böyük Britaniya, Almaniya, Belçika, Polşa, Çin və Rusiya qərara qarşı çıxıb və Suriyanın ərazis bütövlüyünü dəstəklədiklərini bildiriblər.
Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurasının 1981-ci ildə qəbul edilmiş 497 saylı qətnaməsi ilə Qolan təpələri Suriya ərazisi adlandırılıb və onun İsrail tərəfindən işğalının dərhal dayandırılması tələb olunub. O zaman rəsmi Dəməşq Qolan təpələrini hər vasitə ilə geri qaytaracağını deyirdi.
Qolan təpələri 1944-cü ildə baş verən "Yeddi günlük müharibə" zamanı İsrail tərəfindən işğal olunub.
İsrail parlamenti 1981-ci ildə bu təpəliklər öz suverenliyinin qarantı olaraq əldə saxlamaq haqda qanun qəbul edib.
Elə həmin il BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edərək Qolan təpələrini İsrail tərəfindən işğal olunmuş ərazi kimi qəbul edib. Suriya hələ də bu ərazini öz ərazisi hesab edib.