Dünya

Ukraynadakı seçkilərdə siyasətçi Poroşenko və şoumen Zelenski ikinci turda yarışacaq

1 dəqiqə
Ukraynadakı seçkilərdə siyasətçi Poroşenko və şoumen Zelenski ikinci turda yarışacaq

Ukraynada keçirilən prezident seçkiləri ilə bağlı ilk “ekzit-poll” nəticələri məlum olub.

Bu barədə Azadlıq Radiosunun ukrayna bürosu məlumat yayıb.

Məlumata görə, hələlik seçkilərə şoumen Vladimir Zelenski 30,4 faiz səslə liderlik edir. İkinci yerdə 17,8 faiz səslə hazırkı prezident Pyotr Poroşenko qərarlaşıb. Üçüncü və dördüncü yeri Yuri BoykoYuliya Timoşenko 14-14.5 faiz səslə tutub. İlk beşliyi 6-6.5 faiz səslə Anatoli Qritsenko tamamlayıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun