Aprelin 12-də polis tərəfindən saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Tofiq Məmmədova 20 sutka inzibati cəza verilib. Bu barədə partiyadan bildiriblər.
Partiyadan bunu da bildiriblər ki, T.Məmmədovun saxlanmasının əsl səbəbi məlum deyil. "Amma rəsmi ittihama görə, AXCP fəalı Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535-1-ci maddəsini (polisin qanuni əmrinə tabe olmamaq) pozmaqda təqsirli bilinib.
Partiyadan bu ittihamı əsassız sayıblar.
Deylilənlərlə bağlı nə adı çəkilən polis bölməsindən. nə də Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb
Xatırladaq ki, AXCP fəalı aprelin 12-də günortaya yaxın metronun "İnşaatçılar" stansiyasının yaxınlığında saxlanılıb, sonra 29 saylı Yasamal rayon polis bölməsinə aparılıb. Dünən partiyadan verilən açıqlamada AXCP-nin də daxil olduğu Milli Şuranın mitinqləri öncəsi və sonrası fəalların həbsinin gözlənilən olduğu deyilirdi. Milli Şura aprelin 20-nə mitinq təyin
edib. AXCP-dən bunu da bildiriblər ki, Milli Şuranın 2019-cu il yanvarın 19-da keçirdiyi mitinq öncəsi və ondan sonra partiyanın 50 nəfərə yaxın fəalı saxlanılıb. Hakimiyyət isə bu ittihamları qəbul etməyərək siyasi əqidəsinə görə heç kimin təqiblərə məruz qalmadığını bildirir.