Ermənistanda düz 12 ay əvvəl, aprel ayının 23-ü, 2018-ci ildə o vaxtkı prezident Serj Sarqsyan istefaya gedib. Onun istefasının səbəbi ölkədə baş verən davamlı, kütləvi etirazlar idi. Sarqsyan konstitusiyanın ona verdiyi iki dəfə seçilmək imkanından sonra, üçüncü dəfə, baş nazir kimi hakimiyyətin başında qalmaq istəyirdi. O vaxt ölkədəki etiraz aksiyaları "Elk" ("Çıxış") adlı müxalif parlament fraksiyasının rəhbəri Nikol Paşinyan tərəfindən təşkil olunmuşdu.
Sarqsyan hakimiyyətdən getdikdən sonra, parlamentdə çoxluq olan iqtidar partiyası "Respublikaçılar" mayın 8-i 2018-ci ildə Nikol Paşinyanı baş nazir seçdi. Yeni nazirlər kabineti yaradıldı və noyabrın 1-də parlament özünü buraxdı. Yeni yaranmış hökümət növbədənkənar parlament seçiləri keçirdi, seçkilərdə Paşinyanın "Mənim addımın" bloku səslərin 70 faizini toplaya bildi. Məlum oldu ki, keçmiş iqtidar partiyası heç parlamentə düşmən üçün lazım olan 5 faizlik səviyyəni də keçə bilməyib. Paşinyanın tərəfdarları isə artıq parlamentdə 88 yer tuturdu. Beləliklə, Nikol Paşinyan həm qanunverici, həm idarəedici hakimiyyəti ələ keçirmişdi.
Paşinyan hakimiyyətə gələn kimi keçmiş hökümətin adının tez-tez hallandığı korrupsiya, idxalda monopoliya, oliqarx hakimiyyəti, seçkilərin saxtalaşdırılması kimi neqativ hallarla mübarizə aparıb. Yeni hökümətin elə ilk addımlarından görünürdü ki, qətiyyətlidirlər. Paşinyan keçmiş prezident və baş nazir olmuş
Sarqsyanın qohumlarını tutdurdu. O keçmiş baş nazirlərdən
Abramyana, bəzi nazirlərə, qubernatorlara, generallara, deputatlara da cinayət işi qaldırtırıb. Xeyli adamı korrupsiya hallarına görə həbsə saldırıb. Paşinyan xüsusilə 2008-ci il mitinqlərini amansızlıqla yatırmaqda günahkar olan hər kəsi bir-bir tapıb tutdurmağı qarşısına məqsəd qoyub, çünki o özü də həmin mitinqlərdə həbs olunmuş, döyülmüşdü.
[caption id="attachment_77227" align="alignnone" width="517"]
Nikol Paşinyan parlamentin iclası zamanı.[/caption]
Hökümətin keçirdiyi ilk seçkilər, parlament seçkiləri isə şəvvaflığına görə heç kimdə şübhə oyatmayıb. Yeni erməni hökümətinin keçirdiyi islahatlar isə, heç də hamını razı salmır, bəziləri məmurların ölkədə korrupsiya, rüşvət hallarının əvvlki kimi, amma bir az qorxa-qorxa davam etdirdiyini deyir. Ölkə mediası isə gecə-gündüz "iqtisadi inqilab", azad məhkəmələr uğrunda mübarizə, iqtisadiyyata yatırım, yeni iş yerlərinin açılması və xalqın vəziyyətinin hiss olunan dərəcədə dəyişməsi haqda təbliğat aparır.
Paşinyan hökümətinə müxalif media hökümətin yenidənqurma əvəzinə köhnə hökümətin üzvləri ilə mübarizə apardığını, onların tərəfdarlarını təqib etdiyini yazır. Ekspertlər qeyd edirlər ki, Paşinyanın hakimiyyətə gəlməsindən sonra xalqın ona verdiyi nəhəng dəstək aybaay, günbəgün azalmaqdadır. İnsanlar problemlərinin həllini gözləyərkən, təbliğat maşını ancaq qaranlıq keçiş və işıqlı gələcək haqqında danışır.
Paşinyan özü isə əvvəlki baş nazirlərdən fərqli olaraq xalqın qarşısına sıx-sıx çıxır, o vergi qanunvericiliyində dəyişikliklər edilməsiylə, məmurların maaşını artırmağıyla, sistemli korrupsiyanın tamam ləğvi ilə qürrələnərək bunu əsas uğuru sayarkən, müxalifət korrupsiyanın hakimiyyətin yuxarı pillələrinə daşındığını və hələ də davam etdiyini deyir.
Yeni hökümətin daha bir uğuru isə məhkəmələrin müstəqilləşdirilməsi və məmurlardan asılılığının tamamilə aradan qaldırılmasıdır. Paşinyan tez-tez televiziyada çıxış edərək deyir ki, "mən belə məhkəmələr heç cür təsir edə bilmərəm". Yeni hökümət qəbul etdiyi "Qeyri-qanuni yolla əldə edilmiş əmlakın müsadirə olunması" qanunu vasitəsilə məhkəmələrin 10 milyonlarla dram pulu dövlət büdcəsinə qaytarmağını əsas təbliğat obyekti kimi təqdim edir.
Paşinyan küçə süpürmək, iməclikdə iştirak etmək, yaxın qohumunu cəzalandırmaq, məmurları danlamaq, rüşvətxorları tutdurmaq kimi əməlləri ilə özünü
Saakaşvili kimi aparmağa çalışır, ancaq bir yandan da o Saakaşvili kimi görünməyin olası zərərlərindən ehtiyatlanaraq bu obrazdan qaçır. Belə ki, o xarici siyasətdə Saakaşvili kimi müstəqil obrazdan tamamilə uzaqdır, daxili siyasətdə isə o Saakaşvili kimi amansız islahatçı rolunu üzərinə götürməkdən çəkinir. Belə hiss olunur ki, onun arxasında Qərbdən ciddi dəstək yoxdur və istədiyi kimi sərt davranmağı yalnız və yalnız onun hakimiyyətini laxlada bilər.
"Abzas"