Aprelin 22-dən etibarən prezident İlham Əliyevin fevralın 28-də problemli kreditlərlə bağlı imzaladığı fərmanına uyğun olaraq Azərbaycanda dollar kreditləri üzrə kompensasiyaların ödənilməsinə başlanıb.
Məlumata görə, ödənişlər kredit təşkilatları və poçt rabitəsi milli operatoru tərəfindən həyata keçirilir.
Bütün ödənişlərin fərmana uyğun olaraq cari ilin may ayında yekunlaşdırılması planlaşdırılır.
Kompensasiya alacaq şəxslərin sayı 602347 nəfər təşkil edir. Həmin şəxslərin sayının və həyata keçiriləcək bank əməliyyatlarının həcminin çoxluğunu nəzərə alaraq kompensasiya verilməsi prosesinin optimal təşkili məqsədilə Maliyyə Nazirliyi tərəfindən kredit təşkilatlarına vəsaitlərin köçürülməsi mərhələli şəkildə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmaqla həyata keçirilir.