Cəmiyyət

Şri-Lankada katolik kilsələrinə qarşı bir gündə səkkiz terror hücumu olub

1 dəqiqə
Şri-Lankada katolik kilsələrinə qarşı bir gündə səkkiz terror hücumu olub

Şri-Lankada bir gün içində artıq səkkizinci partlayış baş verib. Səkkizinci terror partlayışı bu gün ölkənin qərb əyalətlərindən birində baş verib. Həmin partlayışda 2 nəfər həlak olub.

Şri-Lankada bu gün ərzində baş vermiş digər terror partlayışlarında 185 nəfər ölüb, 400 nəfər yaralanıb. Ölənlərin 35 nəfəri əcnəbi olub.

Xəbərə görə partlayışların yeddisi bu gün səhər Şri-Lankanın Kolombo əyalətində törədilib və Pasxa bayramında katolik kilsələr hədəflənib. Terror aksiyası ilə bağlı məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun