23 May 2019
Mətni dəyiş
İsveçrədə alimlər 1300 il əvvəl yaşamış insanın üzünü 3D modelləşdirmə yolu ilə bərpa ediblər. Tapılan kişi skeleti qədimdə İsveçrədə yaşayıb. Onun kəllə sümüyünü məhkəmə tibbi eksperti, alim Oskar Nillson bərpa edib. Bu haqda xəbəri "National Geographic" dərgisi yayıb.
Arxeoloqlar 1300 il əvvəl yaşamış insanın sümüklərini İsveçrətə 2004-cü ildə tapıblar. Onu Aleaziya Elbaxus adlandırıblar, bu ad qədim roma adları formasıdır. Arxeoloqların sözlərinə görə Adelaziya İsveçrə yaylasında german tayfalarının gəlişi ərəfəsində yaşayıb. O burda german tayfalarından daha qədim mədəniyyət və dilin daşıyıcısı olub.
İsveçrənin Qrenxen ərazisində tapılmış qədim yaşayış məntəqəsində qazıntılar zamanı 47 qəbir ortaya çıxıb. Aleaziya Elbaxusun da məzarı bu 47 məzarın arasında olub. Adelaziya ölərkən 19-22 yaşlarında, 167 sm boyunda olub. Nilsson qədim insanın üzünün 3D surətindən istifadə edərək onun qafa tasının formasını və o dövrdə üzünün obrazını yarada bilib. Nilsson bundan öncə qədim peru şahzadəsinin qafa tasının formasına əsaslanaraq onun üzünü bərpa etmişdi.