Wikileaks saytının komandası təşkilatın yaradıcısı Culian Assancın sağlamlığı ilə bağlı narahatlığını yayıb. Belə ki, Assanc xəstələndiyi üçün London Belmarş həbsxanasının tibbi müəssisəsinə köçürülüb. Bu haqda təşkilat mayın 29-da Twitter-də bəyanat yayıb.
"Assancın sağlamlığı altı il Ekvador səfirliyində qaldıqdan sonra xeyli dərəcədə korlanıb. O çəkisinin böyük hissəsini itirirb. Bunu həbsxana rəhbərliyinin addımından da görmək olur, belə ki, həbsxana rəhbərliyi onun sağlamlıq problemlərini görərək, onu xəstəxanaya yollayıb" - deyə Wikileaks təşkilatı bəyan edir.
Xatırladaq ki, Assancın ekstradisiyası ilə bağlı dinləmə işi mayın 30-da Londonun Vestministir məhkəməsində keçiriləcək. Assancın ekstradisiyasının ABŞ tələb edir. ABŞ məhkəməsi Assancı 17 maadə ilə ittiham edir. Bütün bu maddələr ABŞ müdafiəsinə aid olan gizli məlumatların qeyri-qanuni şəkildə əldə edilib yayılmasından bəhs edir. Əgər Assanca qarşı ittihamlar sübuta yetirilərsə onu 175 il həbs gözləyir. ABŞ-dan başqa İsveç prokurorluğu da Assanc haqqında cinayət tədqiqi aparır. O İsveçdə zorlama ilə suçlanır. Ona qarşı açılmış cinayət işi 2017-ci ildə sonlandırılsa da, yenidən başladılıb.
