Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə Ukraynanın vətəndaşlığı geri qaytarılıb, - “AP news” xəbər verir.
Ukrayna vətəndaşlığını Saakaşviliyə ölkənin yeni prezidenti Vladimir Zelenski (Volodymyr Zelenskiy) qaytarıb. Saakaşvili Ukraynadan çıxandan sonra Niderlandda yaşamaq hüququ almışdı, o bu gün mayın 29-u Kiyevə yola düşəcəyini bəyan edib.
Saakaşvilinin vətəndaşlığı Zelenskinin sələfi Petro Poroşenko tərəfindən 2017-ci ildə əlindən alınmışdı.
Saakaşvili Zelenskinin prezidentliyə namizədliyini açıq şəkildə dəstəkləyib və Zelenski vəzifəyə gəldiyi vaxt Ukraynaya qayıda biləcəyindən ümidvar olduğunu bildirmişdi.
"Prezident Zelenskiyə təşəkkür edirəm! Yaşasın Ukrayna!" keçmiş Gürcüstan prezidenti fərmanının dərcindən qısa müddət sonra “Facebook” səhifəsində yazıb.
Saakaşvili Gürcüstanın “Rustavi 2” telekanalına müsahibəsində deyib ki, 2017-ci ildən sonra ilk dəfə olaraq çərşənbə günü Ukraynanın paytaxtı Kiyevə uçacaq.
Saakaşvili 2008-2013-cü illərdə Gürcüstan prezidenti olub. Poroşenko onu 2015-ci ildə Odessa əyalətinin qubernatoru təyin etdikdən sonra Ukraynada yeni siyasi həyat qazanıb.
Saakaşvili bir il sonra elə Poroşenko tərəfindən vəzifədən kənarlaşdırılıb. Qeyd edilir ki, Poroşenko Saakaşvilinin rəhbərliyi altında Qara dəniz port şəhəri Odessada həyata keçirilən islahatlardan narahat idi.
Saakaşvili Poroşenkonu Ukraynanın ən zəngin adamlarının korrupsiyaya uğramış Odessada kök salmalarına zəmanət verməkdə ittiham edib.
Saakaşvili 2016-cı ildə vəzifəsindən azad edildikdən sonra hökumət əleyhinə etiraz aksiyaları təşkil edib və korrupsiyaya səbəb olan prezidenti tənqid edib.
Bir neçə aydan sonra o saxlanılıb və Polşaya deportasiya edilib. Hazırda Saakaşvili Hollandiya vətəndaşı olan həyat yoldaşıyla birlikdə həmin ölkədə yaşayır.