Mayın 6-da səhər saatlarında Bakı-Salyan yolunda avtobusun qəzaya uğraması nəticəsində bir uşaq dünyasını dəyişib, bir neçə uşaq yaralanıb.
Səhiyyə Nazirliyinin və Yol Polisinin məlumatına görə, avtobusun sürücüsü və altı uşaq xəsarət alıb və Salyan xəstəxanasına yerləşdirilib.
İlkin məlumatlara görə, mikroavtobusun sürücüsü idarəetməni itirib, bu səbəbdən maşın yoldan çıxıb və aşıb.