İyunun 27-də prezident İlham Əliyev Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verib.
Prezident onu bir həftə öncə, iyunun 20-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin etmişdi. Buna qədər o, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində rəis müavini işləyirdi. Rütbəsi general-mayor idi.
Prezident başqa bir sərəncamı ilə isə daxili işlər naziri Vilayət Süleyman oğlu Eyvazova general-polkovnik ali hərbi rütbəsi verib.
Vilayət Eyvazov da bu vəzifəyə iyunun 20-də təyin edilib. Bundan öncə o, daxili işlər nazirinin birinci müavini postunu tuturdu. Onun ali hərbi rütbəsi isə general-leytenant idi.