ABŞ Azərbaycanda insan hüquqları və əsas azadlıqların müdafiəsini dəstəkləyir. Bu barədə Dövlət Departamentinin məlumatında deyilir.
"Dövlət katibinin siyasi məsələlər üzə müavini Devid Heyl Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb. Görüş zamanı onlar regional problemləri və imkanları müzakirə ediblər.
D.Heyl ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönələn işində gələcək zorakılığın qarşısının alınmasının və irəliləyişə nail olunmasının vacibliyini qeyd edib", - Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib, Turan-ın Vaşinqton müxbiri məlumat verib.
"Katib müavini və xarici işlər naziri Birləşmiş Ştatlar ilə Azərbaycan arasında təhlükəsizlik, energetika və iqtisadi artım sahəsində əməkdaşlığı müzakirə ediblər.
Görüş zamanı Heyl siyasi sanksiyalar da daxil olmaqla, bəzi məsələlərlə bağlı administrasiyanın prioritetlərini qeyd edib.
Nazir müavini Birləşmiş Ştatların Azərbaycanda insan hüquqlarının və əsas azadlıqların müdafiəsini dəstəklədiyini vurğulayıb", - D.Heylin mətbuat xidmətinin məlumatında deyilir.