İctimaiyyət güc qurumlarının rəhbərlərinin son dəyişməsinə nəyin səbəb olduğu və bunun nəticələrinin necə olacağı barədə hələ çox təxminlər yürütməli olacaq. Halbuki, müxtəlif siyasi qüvvələr və ekspertlər bu təyinatlarla bağlı çox da şərh vermir.
İlk görünən şey Ramiz Mehdiyevin - Prezident Administrasiyasının rəhbəri və dünənə qədər Təhlükəsizlik Şurasının Katibinin - mövqeyinin zəifləməsidir. Artıq o, güc qurumlarına təsirini itirir və bu sahə ilə bağlı qərarların qəbulunda həlledici rol oynaya bilməyəcək.
Ekspertlər hesab edirlər ki, Ramil Usubovun - Təhlükəsizlik Şurasının yeni rəhbərinə veriləcək (və ya verilməyəcək) səlahiyyətlərdən çox şey asılı olacaq. İndiyədək Təhlükəsizlik Şurası ştatı və müəyyən funksiyaları olmayan formal struktur olaraq qalırdı. Ölkənin ali rəhbərliyi ölkədə Amerika və ya Rusiya Təhlükəsizlik Şurasına bənzər orqan yaratmaq istəyəcəkmi? Əgər istəyəcəksə, Təhlükəsizlik Şurasının katibi real nüfuzlu fiqur olacaq.
Bu vəziyyətdə uduzan ikinci şəxs, əlbəttə ki, Mədət Quliyevdir. Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən müdafiə sənayesi naziri yerinə keçən Quliyev artıq ölkənin dörd əsas güc qurumlarından birinin rəhbəri deyil və bu, hər şeyi açıqlayır.
Amma bir müddət əvvəl ləğv edilmiş nazirliyin yenədə bərpa edilməsi Quliyevin hakimiyyət qarşısındakı xidmətlərinə münasibətə dəlalət edir. Lakin onun işinin rəhbərliyi qane etmədiyi də şübhə doğurmur. Bunun səbəblərini təxmin etmək olar, amma peşakar zabit Əli Nağıyevin bu vəzifəyə təyin edilməsi dolayısıyla təsdiq edir ki, bu vəzifədə daha səriştəli rəhbər tələb olunur. Yeri gəlmişkən, bu, 2005-ci ildən sonra DTX rəhbəri vəzifəsinə kənardan deyil, bu qurumdan olan kadrın təyin edilmədiməsinin ilk halıdır.
Azərbaycanda müşahidəçilər hesab edirlər ki, bu dəyişikliklər hər-hansı ciddi islahatdan xəbər vermir. Çox güman ki, bu, hakimiyyətin əsas bir qrupunun daxilində "kartların" qarışdırılmasıdır. Bunun son kadr dəyişiklikləri olmadığı, tezliklə yeni səs-küy yaradan istefalar olacağı da istisna deyil.