Müsavatda marafon təxirə salındı: Əli Kərimli sərbəst buraxıldı [yenilənib]

Müsavatda marafon təxirə salındı: Əli Kərimli sərbəst buraxıldı [yenilənib]
28 İyun 2019
Mətni dəyiş

İyunun 28-də Müsavat Partiyasının qarşısında polislər tərəfindən saxlanılaraq idarəyə aparılan AXCP Əli Kərimli sərbəst buraxılıb. 

Bu barədə Əli Kərimli jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan hüquq-mühafizə orqanları səhv başa düşüblər.

"Məni Bakı şəhər prokurorunun müavini, Binəqədi rayon prokuroru və polis idarəsinin rəisi qəbul elədilər, öz aləmlərində mənə xəbərdarlıq etdilər. Guya biz hansısa yürüş keçirdirik. İdarə və müəssisələrin işini, ictimai asayşi pozmağa çalışmışıq".

Əli Kərimlinin sözlərinə görə, o da öz növbəsində hüquq-mühafizə orqanlarının nümayəndələrinə bildirib ki, fəaiyyətlərində, təşkil edilən tədbirdə heç bir qanunsuzluq, pozuntu yoxdur.

"Baş verənlər sadəcə hakimiyyətin sivil rəqabətə hazır olmadığını göstərir. Əslində hakimiyyətin polis mahiyyəti növbəti dəfə üzə çıxır. Biz xeyriyyə marafonu keçirirdik, bizim polislə nə işimiz var, polisi üstümüzə niyə göndərirlər? Bunların hamısı qanunsuzdur".

***

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli polis tərəfindən saxlanılıb. 

Bu barədə partiyanın Gənclər Komitəsinin rəhbəri və Rəyasət Heyətinin üzvü Emil Səlimov məlumat yayıb.

Onun sözlərinə görə, Əli Kərimlini Müsavat Partiyasının qarşısında saxlayıb polis idarəsinə aparıblar.

Məlumata görə, partiya lideri etiraz aksiyalarında cərimələnən müxalifətçilər üçün başladılan ianə marafonunda iştirak etməkçün Müsavat Partiyasının qərargahına gəlib və binanın qarşısında saxlanılıb.

Hələlik Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı açıqlama yayılmayıb.

AXCP sədri saxlanandan biraz sonra 5-ci polis bölməsinin rəisi və bir neçə mülkigeyimli şəxs Müsavat qərargahına daxil olaraq hər kəsin oradan çıxmasını tələb ediblər.

Milli Şura, AXCP rəhbərliyi məsləhətləşəndən sonra qərara gəliblər ki, Müsavat Partiyasına, problem yaratmadan tədbiri dayandırsınlar və qərargahı tərk etsinlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun