Siyasət

Rusiya Azərbaycana yeni döyüş təyyarələri təklif edir

2 dəqiqə
Rusiya Azərbaycana yeni döyüş təyyarələri təklif edir

Rusiya Azərbaycana istədiyi döyüş təyyarələri satmağa hazır olduğunu bildirib.

Bu barədə 'Azeri Defence' saytı xəbər yayıb. Məlumata görə, "Army-2019" Beynəlxalq Hərbi-Texniki Forumda təmsil olunan Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyası açıqlama verib.

Təşkilat rəsmilərinin sözlərinə görə, Forum çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinin heyəti ilə görüşlər keçirilib, təqdimatlar edilib:

"Biz indiyə kimi keçirilən görüşlərdə və bu gün mövcud layihələrimiz barədə Azərbaycan tərəfini məlumatlandırdıq".

Təşkilat nümayəndələrinin sözlərinə görə, ötən illərdə Azərbaycana “Su-30SM” və “MiQ-35” təyyarələri təklif olunsa da, Azərbaycan tərəfi seçim etməyib.

[caption id="attachment_79420" align="aligncenter" width="1024"] Su-30SM[/caption]

“Army-2019” Forumunda Azərbaycana təklif olunan yenilənmiş “İl-76MD-90A” hərbi nəqliyyat, “Su-34” və “Su-35” döyüş təyyarələrinin Müdafiə Nazirliyinin heyəti üçün təqdimatı keçirilib.


Rusiya tərəfi adıçəkilən təyyarələrin Azərbaycana ixracı üçün danışıqlara hazır olduğunu bəyan edib.


Bundan əvvəl Rusiyanın Ermənistandakı aviasiya bazasında mövcud olan “MiQ-29” təyyarələrini “4++”cu nəsil “Su-30SM” tipli çoxməqsədli qırıcılar ilə əvəz edəcəyi bildirilib.


Bu ilin aprel ayında Rusiya mətbuatı hərbi dairələrə istinadən məlumat yayıb ki, Ermənistanın Erebuni aerodromundakı 3624 saylı bazaya ümumilikdə 18 qırıcı göndəriləcək.


2018-ci ilin dekabr ayında isə Ermənistanın müdafiə nazirinin vəzifəsini icra edən David Tonoyan bildirib ki, Ermənistan Rusiyadan "Su-30SM" qırıcı təyyarələri alacaq.


Onun sözlərinə görə, silah alınması üçün Rusiyanın Ermənistana verdiyi 100 mln. dollar məbləğində kreditlə bağlı sazişin həyata keçirilməsi üzrə prosedurlar da başa çatmaq üzrədir.


 

[caption id="attachment_79423" align="aligncenter" width="1200"] SU-34[/caption]

[caption id="attachment_79419" align="aligncenter" width="1024"] IL-76MD-90A[/caption]

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun