9 İyul 2019
Mətni dəyiş
2018-ci ildә baş vermiş Gәncә hadisәlәrinә görә hәbs olunmuş Aydın Qurbanov koma vәziyyәtindәdir. Bu barәdә AzadlıqRadiosuna mәlumat verәn mәhbusun yoldaşı Mәhbubә Qurbanova әlavә etdi ki, bu gün, iyulun 8-dә hәyat yoldaşına Penitensiar Xidmәtinin Müalicә Müәssisәsindә baş çәkib. 15 dәqiqә baş çәkәn görüş zamanı Qurbanov qan qusmaqa başlayıb vә koma vәziyyәtinә düşüb. Qurbanova әlavә etdi ki, hәkimlәr әlindәn gәlәni etsәlәr dә, Aydın Qurbanov bir neçә gün yaşayacaq.
Aydın Qurbanov Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil cinayətkar dəstə tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə, satma, saxlama, gəzdirmə, daşıma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Hәbsdә olarkәn onkoloji xәstәliyindәn әziyyәt çәkdiyini aşkarlanıb.
Mәhbubә Qurbanovanın sözlәrinә görә, o hәyat yoldaşının vәziyyәtini görәndәn sonra istintaqı aparan Baş Prokurorluğun Ağır Cinayәtlәrә dair İşlәr üzrә İstintaq İdarәsinin rәis müavini Vüqar Nәsibovla görüşüb. "Xahiş etdim ki, onun hüşsuz bәdәnini mәnә versinlәr ki, heç olmasa son nәfәsini evdә versin. Lakin Vüqar Nәsibov yoldaşımı mәnә verә bilmәdiyini vә mәhkәmәni gözlәmәyini deyib".
İş vaxtı bitdiyinә görә, Әdliyyә Nazirliyinin Baş Tibb İdarәsi vә Baş Prokurorluğun Ağır Cinayәtlәrә dair İşlәr üzrә İstintaq İdarәsi ilә әlaqә saxlamaq mümkün olmayıb.
Rәsmi mәlumata görә, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.
Gəncə hadisələri ilə bağlı təxminən 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 6 nәfәr öldürülüb.
Gәncә hadisәlәrinә görә hәbs olunmuş şәxslәr özlәrini tәqsirli bilmәyәrәk, istintaq zamanı işgәncәlәrә mәruz qaldıqlarını bildiriblәr. Hal-hazırda ionların mәhkәmә proseslәri davam etdirilir. Hüquq müdafiәçilәr Gәncә hadisәlәrinә görә hәbs olunmuş şәxslәri siyasi mәhbus kimi tanıyır.