8 İyul 2019
Mətni dəyiş
Gürcüstanın “Rustavi-2” müxalifət telekanalı işini dayandırır. Bu telekanalın aparıcısı Georgiy Qabuniya iyunun 7-də öz verilişi olan "P.S"-də Rusiya Prezidenti Vladimir Putinin ünvanına söyüş dolu sözlər işlətmişdi. Telekanalın baş direktoru Nika Gvaramia deyib ki, telekanalın və əməkdaşlarının təhlükəsizliyi təmin edilməyincə “Rustavi-2” efiri bərpa etməyəcək.
Gürcüstan parlamentinin vetse-spikeri Georgiy Volskiy isə bu gün keçirdiyi brifinqdə "Rustavi-2" kanalının efirində Rusiya Prezidenti Vladimir Putinin ünvanına söyüşlərin səsləndirilməsini dövlət çevrilişinə növbəti cəhd kimi qiymətləndirilib. Volinski deyib ki, bundan əvvəl iyunun 20-də Gürcüstan Parlamentinin önündə başlamış etirazlar da dövlət çevrilişinə bir cəhd idi və hüquq-mühafizə orqanları bu cəhdin qarşısını alıb.
Vitse-spikerin sözlərinə görə aparıcı Qabuniya adi telekanal əməkdaşı deyil, o keçmiş prezident Mixeil Saakaşvilinin partiyası olan "Vahid milli hərakatın" çoxillik mübarizəsinə xidmət edən bir jurnalistdir və bu mübarizə gürcü xalqına qarşı yönəlib.
İyulun 8-nə keçən gecə “Rustavi-2”nin binası qarşısına etirazçılar yığışıb. Özlərini Tbilisi sakinləri adlandıran etirazçılar müharibəni qızışdırmağa yönəlik ifadələri qəbuledilməz adlandırıblar. Onlar telekanal rəhbərinin və jurnalistin işdən çıxarılmasını tələb ediblər.
Telekanal rəhbərliyi mitinqdə radikal çağırışların səsləndiyini bildirib.