Amerikalı milyarder İlon Maskın kompaniyası insan beynini kompyuterə qoşmaq üçün neyrointerfeysi təqdim edib. Bu haqda New York Post qəzeti məlumat yayıb.
Xəbərə görə cihaz beyindən böyük miqdarda məlumatı kompyuterdə görüntüləməyə yardımçı olan "bağlardan" ibarətdir.
İlon Maska məxsus olan "Neuralink" şirkətinin yaydığı məlumata görə yeni cihaz artıq 20 dəfə sınaqdan keçirilib və üzərində aparılan işlərin 87 faizi uğurla başa çatıb.
Cihazın üzərində işləyən alimlər bildirirlər ki, cihaz əsasn iflic olmuş insanların məsafədən kompyuter və telefonları idarə etməsi üçün nəzərdə tutulub.