Müsavat Partiyasının 9-cu qurultayı 2019-cu ilin oktyabr ayında keçiriləcək.
Bu barədə Partiya Məclisinin 20 iyul iclasında qərar verilib. İclasda bəyan olunub ki, əksər rayon-şəhər təşkilatında yığıncaq və konfranslar keçirilib, qurultaya nümayəndələr seçilib.
Qurultay gününü müəyyən etmək Partiya Divanına həvalə olunub.
Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.
Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci ildə Bakıda keçirilən 3-cü qurultayda bərpa olunub, İsa Qəmbər başqan seçilib. Partiyanın 1995, 1997, 2001 və 2006-cı illərdə keçirilən qurultayları İsa Qəmbəri başqan postunda saxlayıb.
2014-cü ilin sentyabrında keçirilən 8-ci qurultayda başqan vəzifəsinə Arif Hacılı seçilib.