16 İyul 2019
Mətni dəyiş
Polis Azərbaycan Xalq Hərəkatının (AXH) iclasının keçirilməsinə imkan verməyib.
AXH İdarə Heyətinin üzvü Ağasif Şakiroğlu Turan-a bildirib ki, iyulun 15-də 30 nəfər polis əməkdaşı təşkilatın Bakının Yasamal rayonundakı ofisinə gələrək oranı boşaltmağı tələb ediblər.
10 nəfər AXH üzvü naməlum istiqamətə aparılıb.
Yasamal Rayon Polis İdarәsindәn Turana bildiriblәr ki, məsələ ilə bağlı heç bir mәlumata malik deyillәr.