22 İyul 2019
Mətni dəyiş
İlham Əliyev iyulun 22-də çap nəşrlərinə 1 mln. manat məbləğində əlavə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat (təxminən 600 min dollar) ayrılıb.
Qeyd edək ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə paylanan yardımın alıcıları hakimiyyətə loyal olan nəşrlərdir.
İyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur.