Bu gün, iyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının fəalı Azad Həsənova qarşı cinayət işi üzrə məhkəmə prosesi davam edib. Məhkəmədə vəkil Osman Kazımovun vəsatrəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) göndərilmiş sorğuya yenə də cavab verilmədiyi məlum olub.
Osman Kazımov Azəd Həsənovun həbsdən buraxılması və ona qarşı qaldırılan cinayət işinin xətm olunması barədə vəsatət verib. Vəkil bu vəsatəti Avropa İnsan Haqları Məhkəməsində “Lahıcov Azərbaycana qarşı” işində oxşar ittihamla məhkum edilmiş vətəndaşın bəraət alması ilə əsaslandırıb.
Hakim İradə Həsənova məhkəmə prosesini 29 iyul saat 11:30-dək təxirə salıb.
Azad Həsənov məhkəmənin süni surətdə uzadılmasına etiraz olaraq, bu gündən etibarən aclıq aksiyasına başladığını elan edib. Qeyd edək ki, sorğuda 2018-ci il oktyabrın 11-də Azad Həsənovun həbs edildiyi gün Bakı şəhər Baş Polsi İdarəsinə gəlib-gedənlərin qeydiyyatı aparılan jurnalın surətinin məhkəməyə təqdim olunması xahiş edilir. Lakin Bakı şəhər Baş Polisd İdarəsi məhkəmənin heç bir sorğusuna cavab vermir. Bu səbəbdən məhkəmə artıq 6-cı həftədir təxirə salınır.