Siyasət

Siyasi məhbus məhkəmə süründürməçiliyinə etiraz olaraq aclıq aksiyasına başlayır

1 dəqiqə
Siyasi məhbus məhkəmə süründürməçiliyinə etiraz olaraq aclıq aksiyasına başlayır
Azad Həsənov məhkəmənin süni surətdə uzadılmasına etiraz olaraq, bu gündən etibarən aclıq aksiyasına başladığını elan edib.

Qeyd edək ki, sorğuda 2018-ci il oktyabrın 11-də Azad Həsənovun həbs edildiyi gün Bakı şəhər Baş Polsi İdarəsinə gəlib-gedənlərin qeydiyyatı aparılan jurnalın surətinin məhkəməyə təqdim olunması xahiş edilir. Lakin Bakı şəhər Baş Polisd İdarəsi məhkəmənin heç bir sorğusuna cavab vermir. Bu səbəbdən məhkəmə artıq 6-cı həftədir təxirə salınır.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun