"Avqustun 29-u axşamdan özünü "milli fədailər qrupu" adlandıran qrupun başçısı Fuad Muradov adlı şəxs tərəfindən hədələrə məruz qalıram".
Bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksioneri Nicat Abdullazadə bildirib.
Onun sözlərinə görə, hədələrə səbəb isə Fuad Muradovun avqustun 29-u azadlığa çıxan "Azadlıq" qəzetinin jurnalisti Seymur Həzi barədə təhqiramiz statusu olub.
"Mən də ona ən ümumi şəkildə cavab vermişəm. Bundan sonra telefonumu tapıblar, zəng edərək hədələyir, evimə basqın edəcəyini bildirir", deyə N.Abdullazadə insidentin səbəbi barədə bildirib.
Nicat Abdullazadə hesab edir ki, bu qrupların belə davranışı müəyyən dairələrin sifarişi ilə baş verir və buna da səbəb siyasi mübarizədə fəal olmasıdır.
[caption id="attachment_81532" align="aligncenter" width="723"] Özünü "Milli fədailər qrupu"nun rəhbəri kimi təqdim edən Fuad Muradov.[/caption]N.Abdullazadə bu hədələrlə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib.
"Bu gün, yəni avqustun 30-da yaşadığım ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 4 saylı Polis Bölməsinə müraciət etdim. Bundan əlavə, elə bu gün Daxili İşlər Nazirliyinə də rəsmi müraciət göndərəcəyəm", - deyə AXCP funksioneri bildirib.
Bununla bağlı Bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.