Azərbaycan, İran və Rusiya Federasiyası rəhbərlərinin sammiti başqa vaxta keçirilib.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu, texniki səbəblərlə bağlıdır.
RİA Novostinin məlumatına görə, bundan öncə görüşün avqustun 14-də Soçidə keçiriləcəyi bildirilmişdi.
İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin 2016-cı ilin avqustunda Bakıda görüşüblər. İkinci görüş 2017-ci ilin noyabrında Tehranda olub.