Xalq Cəbhəsi Partiyasının (AXCP) Hacıqabul rayon təşkilatının sədri Kamal Heydərovun oğlu İmaməddin Heydərov həbs edilib.
Bu barədə partiyadan Turan-a məlumat verilib. Bildirilir ki, Heydərov avqustun 24-də Hacıqabul rayon mərkəzində (Bakıdan 120 km cənub-qərb) saxlanılıb.
Məlumata görə, elə həmin gün yerli məhkəmə onu 30 günlük inzibati həbs cəzasına məhkum edib. Gəncin konkret olaraq nədə ittiham olunduğunu atasına deməyiblər.
AXCP-də hesab edirlər ki, gənc sosial şəbəkədə tənqidi fikirlər yazdığına görə həbs edilib.
İmaməddin Heydərov son bir həftə ərzində həbs edilən beşinci AXCP üzvü və ya partiya tərəfdarıdır.