Prezident İlham Əliyevin avqustun 21-də imzaladığı sərəncamla Sabir Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.
Sabir Nağıyev Xüsusi Dövlət Mühafizə Xidmətinin zabitidir. O, 2013-cü ildən indiyə kimi general-mayor hərbi rütbəsi daşıyıb.
Sabir Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyevin qardaşıdır.
Onların daha bir qardaşı general-leytenant Vəli Nağıyev 2015-ci ildən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsindədir.
Bu sərəncamdan sonra hər üç yüksək vəzifəli qardaş general-leytenant ali hərbi rütbəsində xidmət etməyə başlayıb.
Bundan başqa, prezidentin digər sərəncamı ilə XDMX-da vəzifə tutan Bəhlul Lətif oğlu Əliyevə də general-mayor ali hərbi rütbəsi verilib.