Sentyabrın 19-da Sabunçu Rayon Məhkəməsində “Gəncə işi”ndə həbs olunan 7 nəfərə hökm oxunub. Prosesə hakim Xaqani Səmədov sədrlik edib.
Məhkəmə hökmünə əsasən Eşqin Quliyev 20 il, Urfan Məmmədov, Oktay Hüseynzadə 18 il, Rauf Bayramov 9 il, Abbas Abbasov, Elşən Məmmədov 7 il, Hüseyn Bayramov 2 il azadlıqdan məhrum ediliblər.
Prosesə qatılan təqsirləndirilən şəxslərin yaxınları hökmü ədalətsiz adlandırıb, etiraz ediblər.
Gəncə hadisələrinə görə 80-ə qədər şəxs həbs olunub. Onların işi bir neçə qrupa bölünərək məhkəməyə göndərilib. Daha 17 nəfərin işi üzrə isə istintaq davam edir.
Onların arasında Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən Yunis Səfərov da var.