Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qızı, Dariqa Nazarbayeva yenidən ölkə parlamentinin spikeri vəzifəsinə seçilib. Dariqa Nazarbayevanın namizədliyi əksər senatorlar tərəfindən dəstəklənib.
56 yaşlı Nazarbayeva bundan öncə 2019-cu ilin martından da Qazaxıstan parlamentinin spikeri vəzifəsində çalışırdı. Bundan öncə isə o parlamentin beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik məsələləri kimi komitələrinin rəhbəri olub. Esk-prezidentin qızı hətta ötən illərdə baş nazirin müavini və vitse-spiker kimi də çalışıb. O Nazarbayevin partiyası olan "Nur Otan"ın da parlament fraksiyasının rəhbəridir.
