Sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında alovlanan hərbi mü naqişə davam etməkdədir. Oktyabrın 10-da müvəqqəti atəşkəs rejimi qüvvəyə minib. Lakin bölgədə hələ də atəş səsləri eşidilir, tərəflər bir-birlərini mülki hədəfləri vurmaqda ittiham edirlər. BBC News Azərbaycanca qarşıdurma şəraitində yaşayan dinc əhalinin həyatına nəzər salıb.
ŞƏKLİN MƏNBƏYİ, AA/GETTY IMAGES
Gəncə şəhərinə raket zərbəsindən sonra yas tutan qadınlar. Oktyabrın 11-də Gəncə şəhərinə atılan raketlərdən biri çoxmənzilli yaşayış evinə düşüb, 10 nəfər həlak olub, 35 nəfər yaralanıb.
ŞƏKLİN MƏNBƏYİ, AA/GETTY IMAGES
Zahid Əliyev Gəncəyə həmlə nəticəsində ölən 28 yaşlı qızı, Günayın qəbri üstündə. Onun qızı eyni hücumda həyatını itirən əri və qayınanasının yanında dəfn olunub
ŞƏKLİN MƏNBƏYİ, AFP/GETTY IMAGES
Dağlıq Qarabağ uğrunda davam edən hərbi münaqişə ilə bağlı 73 yaşlı Şura Qriqoryan və onun 66 yaşlı xanımı Vera Xankəndini (Stepanakerti) tərk edərək Yerevana gəliblər. Onlar qaçqınlara dəstək mərkəzində qalırlar
ŞƏKLİN MƏNBƏYİ, AFP/GETTY IMAGES
Xankəndini tərk edərək Yerevandakı qaçqınlar mərkəzinə gələnlər arasında 85 yaşlı Roza Araqelyan da var
ŞƏKLİN MƏNBƏYİ, TASS/GETTY IMAGES
Xankəndi sakini silahlı qarşıdurmada ölən şəxsin məzarına baş çəkir
ŞƏKLİN MƏNBƏYİ, TASS/GETTY IMAGES
Xankəndində məzarlığa gələn bu qadının şəkli 12 oktyabrda şəkilib
ŞƏKLİN MƏNBƏYİ, AFP/GETTY IMAGES
Sabiq polis əməkdaşı, 73 yaşlı Genadi Avanesyan Xankəndi şəhərindəki evinin dağıntıları altında əşyaları axtarır
ŞƏKLİN MƏNBƏYİ, GETTY IMAGES
Əsgəran qəsəbəsində çörək sexininin işçisi. Burada hazırlanan çörək dəstək əlaməti olaraq, hərbçilərə və yerli sakinlərə pulsuz paylanılır.
ŞƏKLİN MƏNBƏYİ, AFP/GETTY IMAGES
Tərtərdə mərmilərdən qorunan yerli sakinlər atəş vaxtı zirzəmilərə üz tutur
ŞƏKLİN MƏNBƏYİ, AFP/GETTY IMAGES
Tərtər atəş vaxtı zirzəmiyə sığınan qadınlar
ŞƏKLİN MƏNBƏYİ, AFP/GETTY IMAGES
63 yaşlı keşiş Arthur Sahakyan, Şuşa şəhərində, bomba ilə vurulmuş Qazançetsots (Müqəddəs Xilaskar) kilsənin daxilində dua edir.
ŞƏKLİN MƏNBƏYİ, GETTY IMAGES
Əsgərandakı zirzəmi qarşısında duran Tamara "onsuz da iki müharibədə" iştirak etdiyini və "yenidən döyüşməyə" hazır olduğunu deyir.
ŞƏKLİN MƏNBƏYİ, GETTY IMAGES
Dağlıq Qarabağdakı Qırmızı Bazar (Karmir Şuka) kəndinin sakini, zirzəminin girişində duraraq, göydə pilotsuz təyyarələrin olub-olmamasını yoxlayır.
Davam edən döyüşlərə görə Tərtəri tərk edən 80 yaşlı qaçqın Fatma Süleymanova, Bərdədəki orta məktəbin həyətində təzəcə yuyulmuş paltarları asır
ŞƏKLİN MƏNBƏYİ, AFP/GETTY IMAGES
Xankəndi yaxınlığındakı xəstəxananın girişində yaralı əsgərlərin qanlı paltarları yanında duran feldşer
ŞƏKLİN MƏNBƏYİ, AFP/GETTY IMAGES
Azərbaycan Ağdam rayonunun Baharlı qəsəbəsində fərdi yaşayış evlərinə mərmi düşməsi nəticəsində iki nəfərin xəsarət aldığını bildirib.
ŞƏKLİN MƏNBƏYİ, AFP/GETTY IMAGES
Xankəndi yaxınlığındakı xəstəxananın girişində yaralı əsgərlərin qanlı paltarları yanında duran feldşer
ŞƏKLİN MƏNBƏYİ, GETTY IMAGES
Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərinin qəbiristanlığına hücumu nəticəsində yaralanan mülki şəxslərin sayı 5-ə çatıb, 3 mülki şəxs həlak olub, Oktyabrın 15-də Azərbaycanın yaydığı rəsmi məlumatda deyilir. Atəş vaxtı zirzəmiyə sığınan yerli sakinin bu görüntüsü 14 oktyabrda çəkilib
ŞƏKLİN MƏNBƏYİ, AA/GETTY IMAGES
Azərbaycanın Baş Prokurorluğu bildirir ki, bu gün saat 13 radələrində Tərtər şəhər qəbiristanlığında dəfn mərasimi keçirilərkən ərazi "qəsdən ağır artilleriyadan intensiv atəşə tutulub"
ŞƏKLİN MƏNBƏYİ, TASS/GETTY IMAGES
Tərtər sakini hücumdan sonra mərmiylə zədələnmiş evinin tavanını göstərir
ŞƏKLİN MƏNBƏYİ, TASS/GETTY IMAGES
Tərtər rayonu 13 oktyabr. Mərmi hücumundan zərər dəymiş evin görüntüsü