Dağlıq Qarabağ: Xankəndi və Laçında həyat - Şəkillər

Dağlıq Qarabağ: Xankəndi və Laçında həyat - Şəkillər
28 Noyabr 2020
Mətni dəyiş

Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan razılaşmaya əsasən, Ağdam və Kəlbəcər əraziləri Azərbaycana qaytarılıb. Dekabrın 1-nə qədər Laçın rayonunun da Azərbaycana verilməsi gözlənilir.

Bəs görəsən, hazırda Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazilərdə nələr baş verir? BBC News Azərbaycanca bu bölgələrdə çəkilən şəkilləri bir araya gətirib.

Kişi uşaqları qucaqlayır
Yerevandan Xankəndinə gələrkən qohumları ilə görüşən erməni sakini uşaqları qucaqlayır
Margarita Khanaghyan
81 yaşlı Marqarita Xanağyan Laçında yolu keçir
Qadın
Laçında qadın yük maşınında daşınan atların yanından keçir, AFP müxbiri bu səhnəni 26 noyabrda müşahidə edib
Erməni kəndliləri
Laçının Zabux kəndində kamuflyaj geyimli könüllü keşik çəkir
Kişi
Xankəndindəki bağında xurma yığan kişi. Şəkil 24 noyabrda çəkilib
Zabux kəndi
Zabux kəndinin bələdiyyə sədri Andranik Çavuşyan
Hərbçi
Xankəndindəki küçə bazarında meyvə alan hərbçi
Bazarda satıcı

Xankəndinin küçə bazarında toyuq və turşu satan satıcı

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun