ABŞ Ticarət Nazirliyi Rus şirkətləri Kosmos Komplekt, Sovtest Comp və Rusiya vətəndaşı İlyas Sabirovu sanksiya siyahısına saldığını açıqlayıb.
Rus şirkətlərinin və Rusiya vətəndaşı İlyas Sabirovun "milli təhlükəsizliyi qorumaq" məqsədi ilə sanksiya siyahısına daxil edildiyi qeyd edilib.
Aralarında 60-dan çox Çin şirkətinin və bir sıra Avropa ölkələri ilə yanaşı, Pakistan, Malta və Birləşmiş Ərəb Əmirliklərin yer aldığı, ümumilikdə 78 şəxs və təşkilatı əhatə edən sanksiya layihəsinin qəbul edildiyi bildirilib.
Sözügedən şəxslərin və şirkətlərin "ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarına zidd fəaliyyətlərdə iştirak etmək və ya iştirak etmək riski" nəzərə alınaraq genişləndirilmiş sanksiya siyahısına əlavə edildiyi bildirilib.