Avstralyanın Melborne kəndində bir məktəb 12-13 yaşlı qız şagirdlərdən ətəklərinin noyunun ölçülməsi üçün diz çökmələrini istəyib.
Bildirilib ki, ətəklər dizin üstünə kimi olmalıdır.
Avsrtralyanın Herald sun qəzeti yazıb ki, müəllimələri 7-ci sinif şagirdi qızların ətəklərinin yerə dəyib, dəyməməsini yoxlamaq üçün şagirdlərdən sıra ilə düzülüb diz üstə çökmələrini tələb edib.
Bu hadisədən sonra, 150-dən çox valideyin məsələyə etiraz edib. Valideyinlər baş verənlərin utandırıcı olması ilə yanaşı, həm də alçaldıcı oluğunu qeyd ediblər.
Valideyinlərdən biri hadisəni eşidən kimi, məktəbə müraciət edib ki, bu utandırıcı və aşağılayıcı addım çox pisdir və bir daha təkrarlanmamalıdır.
Başqa bir valideyin isə məktəbin çox açıq geyimlər üçün uyğun bir yer olmadığını, ancaq problemin bu şəkildə həll olunmalı olmadığını bildirib.
Məktəbin müdirinin köməkçisi Pat Qarqano isə həqiqətən də bu hadisənin sayğısızlıq olduğunu qəbul edib, buna görə şagirdlərdən üzr istəyib.