Dünyada hava çirkililiyinin səbəb olduğu ölümlərin Covid-19-dan daha çox olduğu təxmin edilir. İngiltərədə 2013-cü ildə astma xəstəliyindən dünyasını dəyişən 9 yaşlı Ella Kissi-Debrahın hava çirkililiyi səbəbindən ölən ilk şəxs olduğu qeyd edilir.
Amerikada aparılan araşdırma hava çirkliliyi səbəbindən olan ölümlərin Covid-19 virusundan olan ölümlərdən gözlə görüləcək qədər çox olduğunu ortaya qoyub.
Artan hava çirklənməsi astmaya təsir eləyib
9 yaşlı Ella Kissi-Debrahın ölümü şiddətli astma və hava çirklənməsinə məruz qalma səbəbindən olub. Yəni, ölüm artan hava çirklənməsinin şiddətli astmaya səbəb olması nəticəsində baş verib.
Hava çirklənməsindən həyatını itirən ilk şəxs
İngiltərədə yerləşən kömək mərkzi Astma İngiltərə, İngiltərə Ağ Ciyər fondu dünya tarixində ölüm sənədində "Hava çirkliliyi" yazılan ilk şəxsin Debrah olduğunu bildirib.
Ədliyyə tibb doktorunun köməkçisi Flip Barlov hava kirliliyinə qarşı, Ellanın anasına qızının ölümünü əngəlləyəcək məlumatların verilmədiyini bildirib. Barlov eyni zamanda, Ellanın 2010 və 2013-cü illər arasında, xəstəlik dövründə Dünya Səhiyyə Təşkilatının təlimatlarını aşan səviyyədə nitrogen dioksit ve partiküla məruz qaldığını bildirib.