İran vurduğu Ukrayna təyyarəsində ölən hər bir sərnişinin ailəsinə 150 min dollar verəcək

İran vurduğu Ukrayna təyyarəsində ölən hər bir sərnişinin ailəsinə 150 min dollar verəcək
31 Dekabr 2020
Mətni dəyiş

İran Amerikanın Qasım Süleymanini öldürməsindən sona qisas məqsədi ilə başladılan hərbi hücumlarda səhvən vurduğu Ukrayna təyyarəsi ilə bağlı qərar verib. Qərara görə, həyatını itirən hər sərnişinə görə onun ailəsinə 150 min dollar təzminat ödəniləcək.

ABŞ və İran arasındakı yüksək gərginlik hələ koronavirus epidemiyasından əvvəl dünya gündəmini zəbt etmişdi. ABŞ-ın İran İnqilab Keşikçiləri Qüds Qüvvələrinin komandiri Qasım Süleymanini öldürməsi iki ölkəni müharibənin astanasına gətirmişdi.

Tehran qisas almaq üçün hərəkətə keçdi və bu ilin yanvarında ABŞ bazalarını raketlərlə hədəf aldı. Ancaq İranın raketlərindən biri böyük bir fəlakətə səbəb oldu. İranın ABŞ-ın İraqdakı iki bazasını vurduğu gün Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737 təyyarəsi də raket hədəfinə çevrildi.

Uzun müddət imtina etdilər

Tehran yaxınlığındakı Parand bölgəsinə düşən təyyarədə 7-si ekipaj üzvü olmaqla 176 nəfər olub. Təyyarədə olan 176 nəfərdən heç kim sağ qalmayıb. İran təyyarənin onlar tərəfindən vurulmasını uzun müddət rədd etsə də, sübutlar bir-bir ortaya çıxdığı üçün vəziyyəti qəbul etməli oldu.

Hadisə ilə əlaqədar bütün sənədlər və ekspertiza rəyləri Ukraynaya təqdim ediib və bu gün İrandan əhəmiyyətli bir qərar gəlib. Tehran rəhbərliyi həyatını itirənlərin ailələrinə adambaşına 150 min dollar ödəyəcəyini açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun