10 Dekabr 2020
Mətni dəyiş
Almaniyada gənclər arasında aparılan bir araşdırmaya görə mart ayında koronavirus xəstəliyinin yayılmasından sonra 2020-ci ildə gənclərin internetdə keçirdikləri vaxt daha da artıb.
Almaniyanın Baden-Württemberg əyalətində aparılan araşdırmadan məlum olub ki, hənclər arasında internetdə keçirilən vaxt əvvəlki ortalamasından 53 dəqiqə daha da artaraq 4 saatdan çox olub. Bir il əvvəl cəmi 205 dəqiqə internetdə vaxt keçirən gənclər, indi gündə 258 dəqiqə vaxt keçirirlər.
İyun-iyul aylarında aparılan araşdırmada 1200 gənc iştirak edib və gənclərin günlük ortalama 4 saat 12 dəqiqə internetdə vaxtt keçirdikləri bəlli olub. Gənclərin üçdə biri əyləncə üçün internetdə qısa müddətli vaxt keçirdiyi halda, 11 faizi məlumat axtarmaq üçün internetə girdiyini deyib.
Gənc oğlanlar gündə ortaya 2 saat 39 dəqiqə vaxtlarını internetdə oyun oynamağa sərf edirlər, qızlarda isə bu vaxt cəmi 1 saat 21 dəqiqədir.
Araşdırmaya görə pandemiyanın təsiri ilə gənclərin televizor qarşısında da keçirdiyi vaxt artıb. Belə ki, 12-10 yaşlarında gənclər gündə təqribən 2 saat daha çox televiziyaya baxmağa başlayıb.
Həmçinin araşdırma nəticəsində bəlli olub ki, gənclərin ən çox istifadə etdiyi xəbərləşmə proqramı WhatsApp olub. Belə ki, gənclərin 94 faizi həftədə ən az bir dəfə bu proqramı istifadə edir. Gənclərin 87 faizi isə WhatsApp qruplarında sinif yoldaşları ilə ünsiyyətdə olur.