Kanadanın Monreal şəhərindəki olan Makqill Universitetinin alimləri yeni sistem olan, süni mədəaltı vəz yaradıblar. Bu vəz 1-ci dərəcəli diabetlə yaşayan xəstələrə həyati önüəmli dəstək olacaq. Bu haqda "Diabetes Care" dərgisi məlumat yayıb.
İnsulin pompası artıq 30 ildir mövcuddur. Bu portativ cihazı istifadə edənlər onların bədəninə lazım olan miqdarda insulini özləri seçərək pompa ilə qanlarına yeridirlər. Yeni yaradılan sistem isə avtomatik sayğacı ilə qanda şəkərin miqdarını özü müəyyənləşdirir və lazım olan miqdarda şəkəri qana yeridir.
Makqill Universitetinin alimləri "ağıllı" insulin pompasını qanda qlükozanın miqdarının heç bir halda yüksəlməməsi üçün düzəldiblər. Çünki qlükozanın miqdarı artdıqca sağlamlıqda uzunmüddətli problemlərə səbəb olub.