12 Yanvar 2021
Mətni dəyiş
Rusiya, Ermənistan, Azərbaycan rəhbərlərinin 11 yanvarda Moskvada baş tutan görüşündən sonra verilən qərarlardan biri Dağlıq Qarabağla bağlı üçtərəfli nümayəndə heyyəti yaranması haqqında verilən qərardır. Bu qərara görə tərəflər yaratdığı işçi qruplarla Dağlıq Qarabağın inkişafına çalışacaqlar. Rus mediası artıq bu işçi qrupları "barışıq qrupları" da adlandırır.
Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan Dağlıq Qarabağla bağlı işçi qrupun rəhbəri təyin edilib. İşçi qrupların üçtərəfli görüşü yanvarın 30-da baş tutuacaq. Bu qrupun fəaliyyəti tərəflərin iqtisadi və nəqliyyat blokadasını götürməsi, bölgənin iqtisadi inkişafına yönələcək. Bu haqda Dağlıq Qarabağ müharibəsinin nəticəsində bağlanan 9 noyabr, 2020-ci il atəşkəs razılaşmasının son bəndində qeyd olunmuşdu.
Azəbaycan tərəfdən işçi qrupa kimin rəhbərlik edəcəyi hələlik məlum deyil.