İngiltərə Baş naziri Boris Consonun atası və bacısı Fransa vətəndaşlığı üçün müraciət edib

İngiltərə Baş naziri Boris Consonun atası və bacısı Fransa vətəndaşlığı üçün müraciət edib
1 Yanvar 2021
Mətni dəyiş

İngiltərə Baş naziri Boris Consonun atası Stanley Conson  Brexit razılaşmasının rəsmən qüvvəyə minməsindən əvvəl Fransa pasportu üçün müraciət etdiyini təsdiqləyib,

Fransanın RTL radiosuna danışan Stanley Conson nənəsinin və babasının fransız olduğunu, anasının da Fransada doğulduğunu deyib: "Problem fransız olmaq deyil. Düzgün başa düşürəmsə, mən fransızam. Mənim üçün tək problem olduğuma çatmaqdır və buna görə çox xoşbəxtəm", - deyə vurğulayıb.

Boris Conson 2016-cı ildə Brexit referendumunda İngiltərənin Avropa Birliyindən çıxması üçün kampaniyaya rəhbərlik etdiyi halda, atası Stenli Connson AB-də qalmaq üçün kampaniya aparıb.

80 yaşlı Conson 40 il əvvəl İngiltərənin Avropa Parlamentindəki təmsilçisi olub və daha sonra bir müddət Avropa Komissiyasında işləyib.

İngiltərənin Brexit qərarı rəsmən qüvvəyə minib

Boris Conson uzun danışıqlar prosesindən sonra, 24 dekabrda Brexitdən sonra Avropa Birliyi ilə ticarət əlaqələrini tənzimləyən razılığa gəlib və bu razılaşma parlamentdə qəbul edilib.

Beləliklə, 1973-cü ildə Avropa İqtisadi Birliyinə əvvəlki adı ilə daxil olan Birləşmiş Krallıq, artıq 27 Avropa Birliyi ölkəsi vətəndaşlarının sərbəst hərəkət hüququna və işləmək hüququna tabe olmayacaq.

AFP agentliyinə görə, Stanley Conson radioya müsahibəsində ​​"Mən həmişə avropalı olacam", - deyə bildirib.

Ata Consonun Fransa pasportu almaq fikri qızı Reyçl tərəfindən mart ayında nəşr olunan kitabında elan edilib.

Nənəsinin Versalda anadan olduğunu xatırladan Reyçl Conson, atasının Fransa vətəndaşı olduğu təqdirdə o da Fransa vətəndaş olmaq istədiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun