İran uranın 20 faizədək zənginləşdirilməsinə başladığını bəyan edib

İran uranın 20 faizədək zənginləşdirilməsinə başladığını bəyan edib
5 Yanvar 2021
Mətni dəyiş

İran rəhbərliyi Fordo şəhərindəki nüvə zavodunda yenidən uranın 20 faiz zənginləşdirməyə başlayıb. Hökümət təmsilçisi Əli Rəbbi yarı rəsmi Mehr xəbər agentliyinə verdiyi açıqlamada deyir ki, uranın 20 faiz zənginləşdirilməsinə yanvarın 4-ü başlayıblar.

İranın bu qərarı 2015-ci ildə imzalanan və ABŞ-ın sonradan imtina etdiyi nüvə razılaşmasının ciddi pozuntusu deməkdir. Fordodakı yeraltı nüvə zavodu Qum şəhərinin yaxınlığında yerləşir.

İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi yanvarın 3-də etdiyi açıqlamada İran parlamentinin qəbul etdiyi qanunla uranın 20 faiz zənginləşdirəcəklərini əvvəlcədən Beynəlxalq Atom Enerjisi Agentiyinə (UAEA) bildirdiklərini demişdi.

Salehi İran hökümətinin "xarici münasibətlərdə problemlərə səbəb olacağı" üzündən qarşı çıxdığı nüvə fəaliyyətini sürətləndirəcəklərini və nüvə obyektlərinə beynəlxalq nəzarəti məhdudlaşdıracaqlarını da qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun