İngiltərənin paytaxtı Londonda yaşayan Wikileaksın qurucusu Culian Assanc bu gün Amerikaya ekstradisiya edilməsi ilə bağlı qaldırılan işlə əlaqədar hakim qarşısına çıxarılacaq.
Wikileaksın qurucusu ABŞ-ın, xüsusilə İraq və Əfqanıstanda törətdiyi bir çox müharibə cinayətini üzə çxıardan sənədlər yaymışdı.
ABŞ-a təhvil verilməsi məsələsinə baxılan məhkəmə işində Assancın ekstradisya edilməsi qərarı olsa, onun Amerikada 175 ilə qədər həbs cəzası alacağı gözlənilir.
ABŞ Britaniyanın Quantanamosu kimi qəbul edilən "Belmarsh" həbsxanasında saxlanılan Culian Assancın “Ölkə tarixindəki ən böyük gizli məlumat sızdırılmasında iştirak etmək” və “Cəsusluq” da daxil olmaqla 18 fərqli cinayətə görə ekstradisiya edilməsini tələb edir.
Wikileaksın ən diqqət çəkən açıqlamalarından biri aralarında təslim olanlar da daxil olmaqla mülki şəxslərin öldürülməsinin gizlədilməsi və məhbuslara işgəncə verilməsi kimi məlumatları özündə cəmləşdirən 2010-cu il sənədləri idi. Əfqanıstanla bağlı sənədlər ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın yüzlərlə mülki şəxsi öldürdüyünü və gizlətdiyini ortaya çıxartmışdı.
Almaniyadan bir qrup millət vəkili Wikileaksın qurucusu Culian Assancın ABŞ-a ekstradisiyası edilməsi ilə bağlı məhkəməsi başlamazdan əvvəl İngiltərəyə müraciət edib. Vəkillər Assancın qorunmasını istəyiblər.