Rusiya Prezidenti Vladimir Putinin hökumətə Covid-19 peyvəndi olan şəxslərə sertifikat verilməsi məsələsinin müzakirə edilməsi ilə bağlı tapşırıq verib.
Bu barədə Kreml məlumat verib.
Putin təlimatında vətəndaşların ölkəyə giriş-çıxışı zamanı və digər ölkələrə girişləri üçün bu sənədlərin beynəlxalq səviyyədə tanınması məsələsinin də mümkünlüyü barədə araşdırma aparılmasını qeyd edib.
Hesabat 20 yanvar tarixinə qədər hazır olacaq
Putinin Baş nazir Mixail Mishustini məsul şəxs olaraq təyin etdiyi məsələ ilə bağlı hesabat 20 yanvar tarixinə qədər təqdim edilməlidir.
Rusiya Səhiyyə naziri Mihail Muraşko ölkə daxilində yeni növ koronavirus epidemiyasına qarşı peyvənd edənlərin 1 yanvar tarixindən etibarən sertifikat ala biləcəklərini bildirib.
Muraşko artıq 800 mindən çox vətəndaşın peyvəndləndiyini də bildirib.