İngiltərənin 'The Guardian' qəzeti 2021-ci ilin "hekayəsini" aylara bölərək yazıb. Hər ay üçün bir dünya lideri seçilib.
Məqalədə dünya liderlərinin 2021-ci ili və koronavirusu necə təsir edəcəyi ilə əlaqədar da şərh verilib. Rəcəb Tayyib Ərdoğan da ad günü olan fevral ayına seçilib.
'The Guardian'ın şərhində Ərdoğan seçilmiş "diktator" kimi göstərilib.
"Ərdoğan digər liderlər kimi insanların millətçi hisslərinə toxunaraq daxili problemlərdən qaçmaq üçün təcavüzkar bir xarici siyasət yürüdür. Suriya, Liviya, Balkanlar və Qafqazda daha çox müdaxilələr edəcək.
Trampın prezidentlikdən getməsi və Baydenin Ərdoğana münasibəti onu (Ərdoğanı) AB, Səudiyyə Ərəbistanı və BƏƏ ilə münasibətləri yaxşılaşdırmağa təşviq edə bilər. Bu cür liderlərin "uğuru" Qərbin tolerantlığından və realist siyasətindən qaynaqlanır. Ancaq Baydenlə bunun dəyişəcəyinə inanmaq üçün səbəblər var", - deyə məqalədə qeyd olunur.
Siyahıdakı digər liderlərdən bəziləri bunlardır:
Fransa prezidenti Emmanuel Makron
Almaniya kansleri Angela Merkel
Rusiya Prezidenti Vladimir Putin
ABŞ prezidenti Co Bayden
Suriya Prezidenti Bəşər Əsəd