20 Oktyabr 2021
Mətni dəyiş
Facebook şirkəti gələn həftə adını dəyişmək niyyətindədir. Bu barədə “The Verge” nəşri etibarlı mənbəyə istinadən məlumat verib.
Nəşr bildirir ki, yeni ad eyniadlı sosial şəbəkəyə əlavə olaraq Instagram, WhatsApp və Oculus xidmətlərinə sahib olan şirkətin məhsullarından "metaverse" (meta kainat) qurmaq istəyini əks etdirməlidir.
Facebook təsisçisi Mark Zukerberqin 28 oktyabrda keçiriləcək illik Connect konfransında “rebrending” haqqında ətraflı məlumat verəcəyi gözlənilir. Amma mənbə yeni adın daha əvvəl elan edilə biləcəyini də istisna etmir. Hələlik yeni ad ciddi məxfiliklə gizlədilir. Hətta korporasiyanın üst rəhbərliyinin bütün üzvləri də bunu bilmir.
“The Verge” nəşrinin məlumatına görə, Facebook-un virtual ofislərdə çalışmaq üçün hazırladığı yeni “Horizon” tətbiqi ilə necəsə əlaqəli ola bilər.
Şirkət ehtimal edilən ad dəyişikliyi ilə bağlı məlumatları şərh etməyib