6 Oktyabr 2021
Mətni dəyiş
Stokholmda 2021-ci il Nobel mükafatı laureatlarının adları açıqlanmağa davam edilir. Çərşənbə günü kimya üzrə laureatların adları bəlli olub. Mükafat Bencamin List və Devid Makmillana “assimmetrik orqanokatalizin inkişafına görə” təqdim edilib.
[embed]https://twitter.com/NobelPrize/status/1445687884158160904?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1445687884158160904%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=[/embed]
Ötən il Kimya üzrə Nobel Mükafatı Cennifer Dudne və Emmanuetl Şarpantyeyə “genomları redaktə etmək üçün bir üsul yaratdıqlarına görə” verilmişdi.
Nobel həftəsi ənənəvi olaraq fiziologiya və tibb üzrə laureatların açıqlanması ilə başlayıb. Daha sonra fizika üzrə mükafatın sahibləri də elan edilib.
Oktyabrın 7-də ədəbiyyat üzrə laureat, oktyabrın 8-də ilə sülh mükafatının sahibi açıqlanacaq. Nobel həftəsi oktyabrın 11-də, İsveç Dövlət Bankının təsis etdiyi Alfred Nobel İqtisadiyyat Mükafatının sahiblərinin elan edilməsi ilə başa çatacaq.