Moskva Arbitraj Məhkəməsi Cənubi Koreyanın elektronika şirkəti olan "Samsung"-un ağıllı telefonlarının 61 modelinin Rusiyada idxalını, satışını və saxlanmasını qadağan edib.
Qərar "Samsung Pay" ödəniş xidmətinin istifadəsi ilə bağlı patent mübahisəsi ilə əlaqədar verilib. Bundan əvvəl bir İsveçrə şirkəti Rusiya patenti ilə qorunan elektronik ödəmə sisteminin ixtirası ilə bağlı hüquqlarının pozdulduğuna görə "Samsung Pay" ödəniş xidmətinin Rusiyada dayandırılmasını tələb etmişdi. Bundan sonra, Moskva arbitraj məhkəməsi patent hüquqları ilə əlaqədar "Samsung Pay" xidmətinin Rusiyada işini dayandırmışdı.
Son qərar ilə isə Rusiyaya "Samsung Galaxy Z Flip", "Samsung Galaxy Fold", "Samsung Galaxy Z Fold 2", "Samsung Galaxy S21", "Samsung Galaxy S21+", "Samsung Galaxy S21 Ultra 5G", "Samsung Galaxy S20 FE", "Samsung Galaxy S20", "Samsung Galaxy S20+", "Samsung Galaxy S20 Ultra", "Samsung Galaxy S10e", "Samsung Galaxy S10", "Samsung Galaxy S10+", "Samsung Galaxy S10 Lite", "Samsung Galaxy S9", "Samsung Galaxy S9+", "Samsung Galaxy S8" və bir sıra digər modellərin idxalı və satışı qadağan edilir.