Əfqanıstanın ABŞ-dakı 7 milyard dollarının taleyi ilə bağlı müzakirələr hələ də davam edir.
11 sentyabr qurbanlarının 150 ailə üzvü 20 il əvvəl Əl-Qaidə və Talibana qarşı itkilərinə görə məhkəməyə müraciət ediblər, məhkəmə isə onlara 7 milyard dolara yaxın məblləğdə təzminat ödənilməsinə qərar verib. Amma digər tərəfdən, avqustda NATO qüvvələrinin Əfqanıstandan çıxması ilə bərabər hakimiyyəti ələ keçirən Taliban silahlıları deyir ki, Əfqanıstanın keçmiş hökuməti beynəlxaq dəstəklər və ümumi ianələrdən toplanan 7 milyard dolları ABŞ-da Federal Ehtiyyatlar Sistemində saxlayır və geri verməlidir.
"New York Times" yazır ki, Bayden administrasiyasındakı yüksək vəzifəli məmurlar pulun Talibana, yoxsa 11 sentyabr iddiaçılarına verilməsini müzakirə edirlər. Ancaq burada əsas məqamlardan biri də ABŞ-ın Talibanın legitimliyini tanıyıb-tanımayacağıq olacaq. Digər məlumatlara görə isə ABŞ Ədliyyə Nazirliyi pulun bölüşdürülməsi ilə bağlı 11 sentyabr qurbanlarının yaxınlarının vəkilləri ilə müzakirə aparır.