Bakıda Vətən müharibəsi qazilərinin iştirakı ilə Zəfər avtoyürüşü keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən avtoyürüşdə nazir müavini Hidayət Abdullayev, Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət ediblər.
Daha sonra İkinci Şəhidlər xiyabanına avtoyürüş edilərək, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın məzarları ziyarət edilib.
Zəfər avtoyürüşündə vətən mübarizəsi qaziləri nazirlik tərəfindən avtomobillərlə təmin edililib.
Avtoyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatacaq.