İmişlidə 11 yaşlı qızın dünyaya uşaq gətirməsində təqsirli bilinən atalığına qarşı ittiham irəli sürülüb.
Bu barədə noyabrın 2-də Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
İstintaqın davam etdirildiyi bildirilib.