12 Noyabr 2021
Mətni dəyiş
Avropa İttifaqı (Aİ) Şurası "Şərqi Aralıq dənizində icazəsiz qazma fəaliyyətləri: Şura sanksiyalar rejimini bir il müddətinə uzadıb" başlıqlı yazılı açıqlama verib.
Bəyanatda deyilir ki, "Aİ Şərqi Aralıq dənizində icazəsiz qazma fəaliyyətlərinə görə məsul olan və ya iştirak edən şəxslərə və ya qurumlara qarşı məqsədyönlü məhdudlaşdırıcı tədbirlər tətbiq edə biləcək. Bu cür məhdudlaşdırıcı tədbirlərə siyahıya alınmış şəxslər və qurumlar üçün aktivlərin dondurulması və ölkəyə səyahət qadağası daxildir. Bundan əlavə, Aİ şəxsləri və təşkilatlarının siyahıya alınmış şirkətlərə vəsait verməsi qadağandır”.
Açıqlamada hazırda iki nəfərin sanksiyaya məruz qaldığı qeyd edilib.
Avropa Şurasının bu qərarı sabah Avropa İttifaqının rəsmi jurnalında dərc olunacaq.